Rusiyanın Moskva vilayətində sərxoş adam evi yandırıb.
Den.az yerli mediaya istinadla bildirir ki, hadisə Orexovo-Zuevski şəhər rayonunun Mistsevo kəndində baş verib.
Məlumata görə, sərxoş kənd sakini bağ evinə yanacaq tökərək yandırıb. 1 qadın və 1 kişi ölüb, daha iki kişi isə yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb. Cinayətkar özü də yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə baxış keçirilib, məhkəmə-tibbi ekspertizalar təyin edilib, zərərçəkmişlər və şahidlər dindirilib. Cinayətin baş vermə şəraiti və motivləri müəyyənləşdirilir.Lent.az