Ukrayna Baş naziri Denis Şmıqal öz postundan istefa verib.
“Den.az” xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Onun mediada istefa ərizəsinin surəti də yayılıb.
Qeyd edək ki, D. Şmıqal 2020-ci ildən Ukrayna hökumətinə rəhbərlik edirdi.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Baş nazirin birinci müavini Yuliya Sviridenkonun hökumətə başçılıq etməsini təklif edib.
