“2017-ci ilin yanvarında Britaniyanın baş naziri xanım Tereza Mey ABŞ prezidenti Donald Trampla ilk görüşündə onu Rusiya prezidenti Vladimir Putinlə ehtiyatlı olmağa, hazırkı Rusiya diktatorunu sonuncu SSRİ rəhbəri Mixail Qorbaçovla səhv salmamağa çağırmışdı...”
Böyük Britaniyanın baş naziri Kir Starmer ABŞ prezidenti Donald Trampa xəbərdarlıq edib ki, Rusiya diktatoru Vladimir Putinə etibar etmək olmaz.
Denmedia.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Böyük Britaniyanın baş nazirinin sözçüsü "Starmer "Putinə güvənilə biləcəyinə inanırmı?" sualına belə cavab verib:
“Prezident Putinə heç vaxt bacardığınız qədər etibar etməyin, amma biz Ukraynanın yanında olacağıq”.
O əlavə edib ki, Böyük Britaniya Putinlə danışıqlar başlayanda Trampın və Avropa ölkələrinin yanında olacaq.
“Lakin buna görə də biz bu işi “qətiyyətlilərin koalisiyası” üzərində aparırıq, çünki hər hansı atəşkəs, dediyim kimi, prezident Putin üçün sadəcə olaraq getmək, ordunu yenidən silahlanmaq, gücləndirmək və sonra yenidən gəlmək üçün bir fürsət ola bilməz”, - deyə sözçü bildirib.
Xatırladılır ki, bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderlərinin ABŞ prezidenti ilə təcili danışıq aparacağı bildirilirdi.
Haaqa Strateji Araşdırmalar Mərkəzinin ("HCSS") hollandiyalı analitiki Patrik Bolder isə ABŞ və Rusiya prezidenti Donald Tramp və Putin arasında keçiriləcək görüşdən Ukrayna üçün ən pis ssenarinin ədalətsiz razılaşmanın bağlanması olacağını bildirmişdi.
Moderator.az onu da xatırladır ki, hələ 8 il öncə - 2017-ci ilin yanvarında Britaniyanın baş naziri xanım Tereza Mey ABŞ prezidenti Donald Trampla ilk görüşündə onu Rusiya prezidenti Vladimir Putinlə ehtiyatlı olmağa, hazırkı Rusiya diktatorunu sonuncu SSRİ rəhbəri Mixail Qorbaçovla səhv salmamağa çağırıb.
Xanım Mey xatırladıb ki, hər iki dünya müharibəsinə ABŞ-ın müdaxiləsi son qoyub.
O deyib ki, BMT-nin islahatlara ehtiyacı olsa da, ABŞ-ın və Qərbin yaratdığı bu təsisat bu gün də əhəmiyyətini saxlayır.
Tereza Mey eyni sözləri NATO-ya da aid edib və deyib ki, alyans Qərbin müdafiəsində məhək daşıdır.
Britaniya baş naziri çıxışında deyib ki, Britaniya və ABŞ bundan sonra “dünyanı öz təsəvvürlərinə uyğun şəkildə formalaşdırmaq məqsədilə” müharibələr kimi keçmişin səhvlərini buraxmayacaqlar.
Bununla belə, xanım Mey əlavə edib ki, “biz təhlükələr real olanda müdaxilədən çəkinərək bir kənarda dayanmamalıyıq”.
Rusiya ilə münasibətlərə gəlincə isə Tereza Mey Ronald Reyqanla Mixail Qorbaçovun münasibətlərini misal gətirib .
O deyib ki, Qorbaçovla münasibətlərində Reyqanın prinsipi “etibar et, amma yoxla” idi, Putinlə münasibətlərdə isə prinsip “danışıqlar apar, amma ehtiyatlı ol” olmalıdır.
Tereza Mey bunu da əlavə edib ki, Rusiya ilə “güc mövqeyindən danışılmalıdır”.
Baş nazirin sözlərinə görə, “Ronald Reyqanla Margaret Tetçerin Şərqi Avropaya gətirdikləri azadlıq, Putinin “bu ərazi Rusiyanın nüfuz dairəsidir” iddiasını qəbul etməklə təhlükə qarşısında qoyulmamalıdır”.
Xanım Mey vurğulayıb ki, xüsusilə də Krımın qanunsuz ilhaqından sonra Qərb Rusiyanın qonşuluğundakı ölkələrə təhlükəsizlik qarantiyası verməlidir...(Moderator.az)