Rusiya ordusu Ukraynanın Xarkov şəhərini ballistik raket və pilotsuz uçuş aparatları ilə atəşə tutub.
“Denmedia.az” Ukrayna mediasına istinadən xəbər verir ki, hücum zamanı yaşayış binasına zərbə endirilib.
Nəticədə 5 nəfər həlak olub, daha 20 nəfər isə yaralanıb.
Yaralılardan altısı uşaqdır. Hazırda axtarış-xilasetmə işləri, eləcə də binada qeydə alınan yanğınla mübarizə davam etdirilir.
Şəhərin meri İqor Terexov hadisə ilə bağlı avqustun 18-də şəhərdə matəm elan edildiyini açıqlayıb.