Rusiya Müdafiə Nazirliyi Ukraynaya məxsus 23 pilotsuz uçuş aparatının (PUA) bir gecədə məhv edildiyini açıqlayıb.
Denmedia.az xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, hava hücumundan müdafiə sistemləri gecə saatlarında Rusiyanın müxtəlif bölgələri üzərində düşmən hədəflərini aşkar edərək zərərsizləşdirib.
“Ötən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 23 təyyarə tipli pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib”, – deyə məlumatda bildirilir.
Nazirliyin əlavə məlumatına görə, vurulan PUA-ların 13-ü Volqoqrad vilayəti üzərində, 5-i Krım Respublikası və daha 5-i Rostov vilayəti üzərində məhv edilib.