ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi ilə bağlı qətnamə layihəsi 29 sentyabr tarixində Ukrayna Ali Radasına təqdim edilib. DenMedia.az- ın məlumatına görə, bu barədə parlamentin rəsmi saytında məlumat yer alıb.
Sənədin tam mətni hələ dərc olunmayıb.
Daha əvvəl NBC telekanalı Ağ Ev nümayəndəsinə istinadən bildirmişdi ki, Tramp bu mükafatı almağı çox istəyir, lakin real olaraq buna nail olacağına inanmır.
Norveç mediası isə Trampın bu məsələ ilə bağlı Norveçin maliyyə naziri, həmçinin keçmiş NATO baş katibi olan Yens Stoltenberqə zəng etdiyini yazmışdı. Ağ Ev həmin telefon danışığını təsdiqləsə də, söhbətin konkret mövzusunu açıqlamamışdı.