ABŞ Müdafiə Nazirliyinin rəhbəri Pit Hegset bəyan edib ki, “Pentaqonun Müdafiə Nazirliyi dövrü başa çatıb”. Onun sözlərinə görə, ölkə artıq “Müharibə Nazirliyi” mərhələsinə keçib.
“ABŞ ordusunun general və admiral korpusuna səslənirəm: Müdafiə Nazirliyinin dövrü bitdi, Müharibə Nazirliyinə xoş gəlmisiniz”, — deyə Hegset bildirib.
DenMedia.az xatıraldır ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Dən Keyn də qeyd etmişdi ki, Birləşmiş Ştatlar mümkün müharibəyə hazır olmalıdır.