"Türkiyə bu gün İsrаil və Həmas arasında vasitəçilik danışıqlarına qoşulacaq".
DenMedia.az xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyinin nümayəndəsi Məcid b. Məhəmməd əl-Ənsari bildirib.
O qeyd edib ki, Doha danışıqlar prosesini dəstəkləyir və Qəzza bölgəsinin bərpasında iştirakını davam etdirir. Əl‑Ənsari əlavə edib ki, Qətər ABŞ‑ın təhlükəsizlik zəmanətlərindən razıdır — bu zəmanətlər İsrailin Dohada Həmas liderlərinə qarşı hücumundan sonra verilib.
Eyni zamanda Al Jazeera məlumatlandırır ki, Həmas nümayəndə heyəti ABŞ prezidenti Donald Trampın təqdim etdiyi 20 maddəlik müharibənin dayandırılması planını araşdırır. Bu plan əvvəllər İsrаil baş naziri Binyamin Νətanyahu tərəfindən dəstəklənmişdi.