Macarıstanın Baş naziri Viktor Orban, ölkəsinin hava məkanına icazəsiz daxil olan pilotsuz uçuş aparatlarının (PUA) dərhal məhv ediləcəyini bəyan edib.
DenMedia.az xəbər verir ki, bu barədə o, "Döyüşçü saatı" adlı podkastda danışıb.
Jurnalistin sualında Rusiya istehsalı dronların nəzərdə tutulduğunu vurğulamasına baxmayaraq, Orban qeyd edib ki, Macarıstan qorxu içində yaşamır və belə hallarda qəti addımlar atmağa hazırdır:
“Biz qorxmuruq. Hava məkanımıza girən dronlar dərhal vurulacaq.”
Viktor Orban həmçinin Avropa İttifaqının Rusiyadan daha güclü olduğunu bildirib. Onun sözlərinə görə:
“Avropa bütün sahələrdə – hərbi, iqtisadi və say baxımından – Rusiyadan üstündür. Rusiya bizə zərər verə bilməz. Biz güclü bir birliyik və buna uyğun davranmalıyıq.”