“Ukraynaya uzaqmənzilli “Tomahawk” qanadlı raketləri verilərsə, bu, Moskva ilə Vaşinqton arasında formalaşmaqda olan müsbət tendensiyaları tamamilə məhv edəcək”.
“Artıq demişəm ki, bu cür addımlar münasibətlərimizin pozulmasına, ən azından formalaşmağa başlayan müsbət tendensiyaların dağılmasına səbəb olacaq,” – deyə dövlət başçısı qeyd edib.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Trampın Ukraynaya “Tomahawk” raketlərinin verilməsi imkanını nəzərdən keçirdiyi məlum olmuşdu. Lakin bu barədə hələlik yekun qərar qəbul edilməyib.
Putin həmçinin ehtimal edib ki, ABŞ rəsmiləri bu cür bəyanatlarla ictimaiyyətin diqqətini ölkədaxili problemlərdən yayındırmağa çalışa bilər.(Globalinfo.az)