ABŞ prezidenti Donald Tramp administrasiyasına Venesuela ilə diplomatik gərginliyin azaldılması üçün aparılan bütün danışıqları dayandırmaq barədə göstəriş verib, —DenMedia.az xəbər verir.
Məqalədə bildirilir ki, danışıqlarla ABŞ prezidentinin xüsusi tapşırıqlar üzrə elçisi Riçard Qrenell məşğul idi, lakin Dövlət Departamentinin rəhbəri Marko Rubionun fikrincə, Qrenell bu prosesdə yalnız çaşqınlıq yaradıb.
Trampın bu qərarının səbəbi kimi o, Venesuela hökumətinin narkotiklərlə mübarizədə kifayət qədər səy göstərməməsini göstərib. Nəşr qeyd edir ki, bu qərar iki ölkə arasında gərginliyin daha da artmasına yol aça bilər.
Jurnalistlərin yazdığına görə, Tramp administrasiyası artıq gərginliyin artacağı təqdirdə hərbi əməliyyat ssenariləri, o cümlədən Venesuela prezidenti Nikolas Maduronun devrilməsi planlarını da hazırlayıb.
Bundan əvvəl ABŞ administrasiyası Ali Məhkəmədən 300 min venesuelalı miqrantın müvəqqəti qoruma statusunun ləğvi ilə bağlı qərar çıxarmağı xahiş etmişdi. Tramp yanvar ayında keçirilən inauqurasiyasında ölkədəki milyonlarla qanunsuz miqrantın çıxarılacağını da elan etmişdi.