Roma Papası XIV Lev noyabrın sonunda ilk apostol səfərini həyata keçirəcək — o, əvvəlcə Türkiyəyə, daha sonra Livana gedəcək.
Bu barədə Müqəddəs Taxtın mətbuat xidməti rəhbəri Matteyo Bruni məlumat verib, — RIA Novosti xəbər verir.
Bruni qeyd edib ki, Papa dövlət və kilsə rəhbərlərinin dəvətini qəbul edərək 2025-ci il 27–30 noyabr tarixlərində Türkiyəyə səfər edəcək.
Onun sözlərinə görə, səfər çərçivəsində Papa xristian aləmi üçün əlamətdar hadisə sayılan Birinci Nikeya Kilsə Şurasının 1700 illiyi münasibətilə İznik şəhərinə ziyarət edəcək.
Daha sonra, Livan hakimiyyətinin dəvəti ilə Papa XIV Lev 30 noyabr – 2 dekabr tarixlərində bu ölkəyə səfər edəcək.
Vatikanın məlumatına görə, səfərin ətraflı proqramı münasib vaxtda açıqlanacaq.