İsrail ordusu Qəzza sektoruna növbəti hava zərbəsi endirib.
DenMedia.az xəbər verir ki, bu, Al Arabiya-nın məlumatına görə, HƏMAS hərəkatı ilə atəşkəs barədə razılıq xəbərlərindən dərhal sonra baş verib.
Məlumata əsasən, İsrailin hərbi təyyarələri və artilleriyası regionun müxtəlif ərazilərini atəşə tutub, nəticədə yeddi fələstinli xəsarət alıb.
Qəzza üzərində qalxan tüstü sütunları hava hücumunun miqyasını əks etdirib.