Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Filippinin sabiq prezidenti Rodriqo Dutertenin müvəqqəti azadlığa buraxılması barədə vəsatəti rədd edib və onun həbsdə saxlanılmasına qərar verib.
DenMedia.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
“Məhkəmə hesab edir ki, Dutertenin qaçmaq riski yüksək olduğundan, onun məhkəmə iclaslarında iştirakını təmin etmək məqsədilə həbsdə saxlanılması zəruridir,” – deyə qərarda bildirilir.
Məhkəmənin qənaətinə görə, Dutertenin Filippinlərdəki əlaqələri və ailə üzvləri onun qaçışına şərait yarada bilər.
80 yaşlı Duterte 2025-ci il martın 11-də BCM-in həbs orderi əsasında saxlanılıb.
O, insanlığa qarşı cinayətlərdə ittiham olunur.İstintaqın məlumatına əsasən, Duterte narkoticarətlə mübarizə çərçivəsində polis tərəfindən həyata keçirilən zorakı əməliyyatlara bilavasitə bağlı olub.
Bu əməliyyatlar nəticəsində 2011-ci ilin 1 noyabrından 2019-cu ilin 16 martına qədər 12–30 min nəfər həlak olub.
Duterte 2016–2022-ci illərdə Filippinlərin prezidenti olub, bundan əvvəl isə Mindanao adasındakı Davao şəhərinin meri postunu yeddi dəfə tutub.
Hazırda onun qızı Sara Duterte Filippinlərin vitse-prezidentidir.