İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda yerləşən “Hizbullah” hərəkatının infrastrukturuna zərbələr endirib.
DenMedia.az xəbər verir ki, bu barədə məlumatı ordunun mətbuat xidməti yayıb.
Hücum Qəzza zolağında müzakirə olunan atəşkəs fonunda həyata keçirilib.
Ordudan verilən açıqlamaya görə, zərbə endirilən ərazidə “Hizbullah”a məxsus mühəndis texnikası olub — həmin texnika terrorçu infrastrukturu bərpa etmək üçün istifadə edilirmiş.
“Bir müddət əvvəl İsrail ordusu Livanın cənubundakı “Hizbullah”ın mühəndis texnikasından istifadə edilən obyektinə zərbə endirib və oradakı terrorçu infrastrukturu məhv edib,” — deyə açıqlamada bildirilir.
Al-Mayadeen telekanalının məlumatına görə, hava zərbəsi nəticəsində bir nəfər həlak olub, bir neçə nəfər yaralanıb.