Türkiyə Daxili İşlər Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin müvafiq qurumları tərəfindən birgə keçirilən əməliyyat nəticəsində məşhur narkobaron Abdulla Alp Üstün (“Don Vito” ləqəbli) və onun maliyyə meneceri Həsən Lala saxlanılıb.
DenMedia.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədə paylaşıb.
Nazirin sözlərinə görə, saxlanılan şəxslər 11 oktyabr səhəri Türkiyəyə ekstradisiya olunublar.
Araşdırmalar nəticəsində müəyyən edilib ki, Abdulla Alp Üstün “CHROOKE” adlı təşkil olunmuş cinayətkar qrupun rəhbəri olub, Həsən Lala isə qurumun maliyyə əməliyyatlarına cavabdeh imiş.
Hər iki şəxs Interpol tərəfindən beynəlxalq axtarışda idi.