ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Vladimir Zelenski arasında bu gün telefon danışığı keçirilib.
DenMedia.az xəbər verir ki, məlumatı Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak öz Telegram kanalında təsdiqləyib.
“Prezidentlər strateji məsələləri və regiondakı vəziyyəti müzakirə etdilər,” — deyə Yermak bildirib.
Bir gün əvvəl Zelenski həmçinin Finlandiya prezidenti Aleksandr Stubb və Almaniya kansleri Fridrix Mers ilə də danışıqlar aparmışdı.
Bu ardıcıl diplomatik təmaslar Ukrayna liderinin beynəlxalq dəstək cəbhəsini gücləndirmə cəhdlərinin davamı kimi qiymətləndirilir.