Qara dənizdə ukraynalı heyət üzvlərinin olduğu “Eileen” adlı yük gəmisi batıb.
DenMedia.az xəbər verir ki, bu barədə Bolqarıstanın “Maritime” nəşri məlumat yayıb.
Məlumata görə, Türkiyədən Ukraynaya hərəkət edən gəmi Varnadan təxminən 260 kilometr məsafədə qəzaya uğrayıb. Gəmidə olan 10 ukraynalı dənizçi xilas edilib.
Xilasetmə əməliyyatında Türkiyə, Rumıniya və Bolqarıstan müvafiq qurumlarının birgə iştirak etdiyi bildirilir.
Hazırda hadisənin dəqiq səbəbləri və gəminin batma şəraiti araşdırılır.