ABŞ prezidenti Donald Tramp bildirib ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukrayna arasında münaqişənin dayandırılmasında həlledici rol oynaya bilər, DenMedia.az xəbər verir.
“Ərdoğan bacarar. Onu Rusiyada hörmətlə qarşılayırlar, Ukrayna barədə isə deyə bilmərəm. Amma (Rusiya prezidenti Vladimir) Putinin ona hörməti var, o mənim dostumdur,” — deyə Tramp Şarm əl-Şeyxdən qayıdarkən jurnalistlərə bildirib.
Trampın sözlərinə görə, Ankara sülh prosesində mühüm vasitəçi ola bilər.