Atəşkəs rejimi qüvvəyə mindikdən sonra Qəzza zolağında İsrail ordusunun əsgərləri tərəfindən azı 51 nəfər öldürülüb.
Denmedia.az xəbər verir ki, bu barədə Al Jazeera telekanalı səhiyyə mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, daha 150 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
“Atəşkəs sazişi qüvvəyə mindikdən sonra Qəzza zolağında azı 51 nəfər həyatını itirib. Sazişin imzalanmasından bəri İsrail ordusunun atəşi nəticəsində daha 150 nəfər yaralanıb,” – deyə materialda qeyd olunur.