Son aylarda Ukraynanın Avropa müttəfiqləri Kiyevə göstərilən hərbi yardımı əhəmiyyətli dərəcədə azaldıblar – baxmayaraq ki, NATO və Avropa İttifaqı nümayəndələri ictimai şəkildə dəstəklərini ifadə etməkdə davam edirlər.
DenMedia.az xəbər verir ki, bu barədə İsveçrənin Neue Zürcher Zeitung qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, yalnız bir neçə Avropa dövləti Ukraynaya hərbi yardım göstərməyi davam etdirir.
“Digərləri ya qənaət edir, ya da artıq bölüşəcək heç nələri qalmayıb,” – deyə qəzet qeyd edir.