ABŞ Senatının Xarici Əlaqələr Komitəsi çərşənbə günü Rusiyaya təzyiqi artırmağı hədəfləyən üç qanun layihəsini səsverməyə çıxarmağa hazırlaşır. Denmedia.az xəbər verir ki, bu barədə Axios məlumat yayıb.
Komitə sədri, respublikaçı senator Ceyms Riş bildirib:
“Rusiya üzərinə nə qədər çox təzyiq göstərə bilsək, bir o qədər də göstərməliyik.”
Axios yazır ki, komitə iki partiyanın dəstəyini alan üç layihəni qəbul etməyi planlaşdırır.
Bunlardan biri Rusiyanı “terrorizmin sponsoru olan dövlət” kimi tanımağı, digəri isə Moskvaya dəstəyə görə Çinə iqtisadi sanksiyalar tətbiq etməyi nəzərdə tutur.
Üçüncü layihə isə ABŞ-da dondurulmuş Rusiya aktivlərinin hər 90 gündən bir Ukraynaya ötürülməsini təklif edir.