Denmedia.az xəbər verir ki, Macarıstan Rusiya prezidenti Vladimir Putini həbs etməyəcək. Xarici işlər naziri Piter Siyyarto bəyan edib ki, əgər Putin ABŞ prezidenti Donald Trampla görüş üçün Budapeştə gəlsə, Beynəlxalq Cinayət Məhkəməsinin orderi icra olunmayacaq.
Nazir bildirib ki, Macarıstan artıq MCM-in üzvü deyil və onun qərarlarını tanımır.
Siyyarto vurğulayıb ki, Putinin səfəri sülhün təmin olunması üçün əhəmiyyətlidir və ümid etdiyini deyib ki, digər Avropa ölkələri də Rusiya liderinin hava məkanlarından keçidinə mane olmayacaqlar.