Tbilisidə müxalifət tərəfdarları parlament seçkilərinin ildönümü ilə bağlı mitinq keçiriblər.
DenMedia.az xəbər verir ki, aksiya 26 oktyabr axşamı şəhərin mərkəzində baş tutub.
Müxalifətçilər yürüşü “Sonadək, qələbəyədək!” şüarı altında təşkil ediblər. Etirazçılar Gürcüstan Parlamentinin qarşısında toplaşıblar. Onlara ölkənin sabiq prezidenti Salome Zurabişvili də qoşulub.
Zurabişvili çıxışında bildirib ki, “Gürcüstan hakimiyyəti artıq bir ildir ki, legitimliyini itirib.”
Məlumata görə, etirazçılar bir müddət Rustaveli prospektində avtomobil hərəkətini dayandırıblar. Qeyd olunur ki, bu cür aksiyalar üçün cəza tədbirləri Gürcüstanda yaxın vaxtlarda sərtləşdirilib.
Mitinq bir neçə saat davam edib, daha sonra iştirakçılar dağılışıblar.

