“Monta” adlı tropik fırtına, küləyin sürəti 90–100 km/saatadək çatan gücü ilə çərşənbə axşamı axşam saatlarında Hindistan sahillərinə çatacaq.
DenMedia.az xəbər verir ki, bu barədə The Times of India məlumat yayıb.
Fırtınanın Andxra-Pradeş ştatının cənub-şərqində, Kakina şəhəri yaxınlığında quruya daxil olacağı gözlənilir.
Həmin vaxt küləyin sürəti 110 km/saatadək arta bilər.
“Monta”nın yaxınlaşması nəticəsində ən azı 183 qatarın hərəkəti pozulub, bir neçə reys ləğv edilib.
Ştatda leysan yağışlar və güclü küləklər gözlənilir. Hakimiyyət orqanları ağacların və elektrik dirəklərinin aşması, rabitə və enerji xətlərində nasazlıqlar yaranması ehtimalına hazırlaşır.
Yerlı KİV-in məlumatına görə, təxminən 50 min nəfər, o cümlədən 800 hamilə qadın fırtına ərəfəsində təxliyə olunub.
Son məlumatlara əsasən, “Monta” Kakina şəhərindən təxminən 240 km cənub-şərqdə yerləşir.

