İsrailin Qəzza sektoruna endirdiyi hava zərbələri nəticəsində azı 30 nəfər həlak olub, onlarla insan yaralanıb.
DenMedia.az xəbər verir ki, bu barədə məlumat enklavın Mülki Müdafiə Xidmətindən verilib.
Xidmətdən bildirilib ki, ölən və yaralananların dağıntılar altından çıxarılması istiqamətində işlər davam edir.

