İsveç artıq Rusiya vətəndaşlarının sığorta polisələrini ölkəyə giriş zamanı etibarlı sənəd kimi tanımır.
DenMedia.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Stokholmdakı səfirliyi Telegram kanalında yayıb.
“Mövcud sanksiya məhdudiyyətləri fonunda rus sığorta polisələri səyyah üçün kifayət qədər tibbi təminat hesab edilmir,” — deyə səfirliyin açıqlamasında bildirilir.
Səfirliyin məlumatına görə, İsveç sərhədçiləri rus vətəndaşlarını ölkəyə buraxmaqdan imtina edir və bəzən onların Şengen vizalarını ləğv edirlər.
Rusiya vətəndaşlarına səfərdən əvvəl Şengen ölkələrində qüvvədə olan beynəlxalq sığorta polisələri əldə etmələri və sərhəd tələblərini əvvəlcədən yoxlamaları tövsiyə olunur.

