ABŞ-ın Şərq sahillərində hava nəqliyyatı ciddi pozulmalarla üzləşib. Səbəb — federal hökumətin maliyyələşməsinin dayandırılması (“şatdaun”) nəticəsində aviadispetçerlərin çatışmazlığıdır.  DenMedia.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb. Nəşrin yazdığına görə, Orlando və digər iri aeroportlarda dispetçer çatışmazlığı uçuşların kütləvi gecikməsinə və hava limanlarının müvəqqəti bağlanmasına səbəb olub. “Aviadispetçerlərin azlığı Orlandoda və digər böyük hava limanlarında gecikmələrə gətirib çıxarır və bu, Şərq sahilinin bütün bölgələrinə təsir göstərə bilər,” — deyə məqalədə vurğulanır. Orlando Beynəlxalq Hava Limanında reyslərin orta gecikmə müddəti 2 saat 40 dəqiqəyə çatıb. Nyu-Yorkdakı Con Kennedi hava limanında dispetçer çatışmazlığı səbəbindən uçuşlara məhdudiyyətlər tətbiq olunub, Vaşinqtondakı Ronald Reyqan hava limanında isə axşam saatlarında uçuşlar dayandırılıb.
Bəzi uçuşlar 12 saata qədər təxirə salınıb, bir hissəsi isə tamamilə ləğv edilib.
ABŞ-ın şərq sahillərində aviareyslər kütləvi şəkildə gecikir — Səbəb?
 
        
        Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

 
                     
                     
                 
                 
                 
                 
                