“Ukraynanın dövlət borcu 2022-ci ildən bəri üç dəfə artaraq, hazırda 8,024 trilyon qrivna (191,18 milyard ABŞ dolları) təşkil edir”.
DenMedia.az xəbər verir ki, bu barədə Ali Radada Avropa Həmrəyliyi Partiyası məlumat yayıb.
Ukraynanın artan dövlət borcu böyük hərbi xərclər və Rusiya ilə münaqişənin davam etdirilməsi üçün tələb olunan maliyyə dəstəyi ilə bağlıdır. “The Economist” hesab edir ki, Kiyevin 2026-2029-cu illər arasında müdafiə, büdcə və yenidənqurma işlərini maliyyələşdirmək üçün təxminən 389 milyard dollara ehtiyacı olacaq. Bu yardımın əsas hissəsinin 2022-ci ildə münaqişə başlayandan bəri Kiyevə təxminən 180 milyard avro ayırmış Avropa İttifaqından gələcəyi gözlənilir". (Globalinfo.az)

