Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı gələn ilin mayında İrəvanda keçiriləcək Avropa Siyasi İcmasının sammitinə dəvət edib. Bu barədə Paşinyan “Sülh və çoxtərəfli əməkdaşlıq qurmaq” forumunda çıxışı zamanı məlumat verib.
Paşinyan ümid etdiyini bildirib ki, Ərdoğan dəvəti qəbul edəcək və sammitdə iştirak edəcək.
Baş nazir vurğulayıb ki, Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə institusional əlaqələri mövcuddur və İrəvanla Ankara arasındakı münasibətlər “düzgün istiqamətdə irəliləyir.”
Onun sözlərinə görə, sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması artıq sadəcə zaman məsələsidir.

        
        
                
                
                
                
                
                