The Guardian nəşrinin məlumatına görə, Avstraliya hökuməti 10 dekabrdan etibarən 16 yaşdan aşağı uşaqların əksər məşhur sosial şəbəkələrə girişini qadağan edir.
Qadağa Facebook, Snapchat, Instagram, X (əvvəlki Twitter), YouTube və TikTok kimi platformaları əhatə edir. Qərarla razılaşmayan şirkətlər hökumətin addımını tənqid ediblər.
Hazırda Reddit forumu və Kick striminq platforması artıq məhdudlaşdırılan resurslar siyahısına daxildir. Dövlət orqanları Roblox oyun platforması və OpenAI şirkətinə məxsus Sora adlı süni intellektli video generatoruna da girişin məhdudlaşdırılmasını nəzərdən keçirir.
Rəsmilərin sözlərinə görə, bu tədbirlər uşaqların psixi və fiziki rifahını qorumağa yönəlib.

