İtaliyalı istefada olan general Marko Bertolini bildirib ki, NATO-nun Rusiyaya strateji məğlubiyyət vurmaq planı uğursuzluğa düçar olub və indi bu vəziyyət elə alyansın özünə qarşı çevrilib. O bunu L'antidiplomatico portalına müsahibəsində deyib.
“Müharibənin başa çatması NATO və ümumilikdə Qərb üçün məğlubiyyət demək olardı, çünki Moskvanın "strateji məğlubiyyətə" uğradılması məqsədilə münaqişəyə nəhəng resurslar yatırılıb. Lakin görünür, indi elə NATO-nun özü strateji məğlubiyyət təhlükəsi ilə üz-üzə qalıb,” — deyə Bertolini vurğulayıb.
Generalın fikrincə, NATO ilə Rusiya arasındakı qarşıdurma Ukrayna müharibəsi bitdikdən sonra da dayanmayacaq. Onun sözlərinə görə, tərəflər arasında yeni gərginlik Balkanlarda, Baltikyanı bölgədə və Qafqazda da yarana bilər.

