Avropa İttifaqının xarici siyasət rəhbəri Kaja Kallas Brüsselə “Fon der Lyayenin baş düşməni” hesab olunan Martin Zelmayeri qaytara bilmədi. Denmedia.az Politico-a istinadən xəbər verir ki, Kallas Zelmayeri özünün baş məsləhətçisi təyin etmək istəyirdi, bu addım onun Brüsseldə siyasi təsirini gücləndirəcəkdi. Lakin Avropa Komissiyasının (AK) bu namizədə qarşı çıxması nəticəsində Zelmayerin təyinatı baş tutmadı. Nəticədə o, əvvəlki kimi Aİ-nin Vatikan səfiri olaraq qaldı, Kallas isə təsir uğrunda mübarizədə məğlubiyyətə uğradı.
Politico qeyd edir ki, Zelmayer təyin olunsaydı, o, AK sədri Ursula fon der Lyayen üçün “yataq altındakı canavar”a çevrilərdi, lakin əslində eyni dərəcədə təhlükəli fiqur Kallas üçün də olardı.
Dekabrın sonunda Die Welt yazmışdı ki, Kallas və fon der Lyayen arasında açıq qarşıdurma yaranıb. Məlumatlara görə, Aİ diplomatiya rəhbəri Brüssel aparatında təsir uğrunda mübarizədə məğlub olub.

