Ukrayna hökuməti korrupsiya qalmaqalı səbəbindən ölkənin ədliyyə naziri, keçmiş energetika naziri Herman Qaluşenkonu vəzifəsindən uzaqlaşdırıb. Bu barədə baş nazir Yuliya Sviridenko özünün Telegram kanalında məlumat verib.
“Herman Qaluşenkonun ədliyyə naziri vəzifəsini icrasından uzaqlaşdırılması barədə qərar qəbul etdik,” — deyə o bildirib.
Sviridenkonun sözlərinə görə, nazirin səlahiyyətlərini ədliyyə nazirinin Avropa inteqrasiyası məsələləri üzrə müavini Lyudmila Suqak icra edəcək.
Xatırladaq ki, noyabrın 11-də Ukraynanın Ədliyyə Nazirliyi Qaluşenkonun evində axtarışlar aparıldığını açıqlamışdı.

