Fransa prezidenti Emmanuel Makron bildirib ki, növbəti hərbi münaqişə kosmik məkanda baş verə bilər. O, Tuluza Kosmik və Aviasiya Mərkəzində çıxışı zamanı açıqlayıb ki, Paris bu səbəbdən kosmik müdafiənin inkişafına əlavə 4,2 milyard avro ayıracaq.
Denmedia.az xəbər verir ki, tədbirin yayımı Yelisey sarayının X sosial şəbəkəsindəki səhifəsində aparılıb.
Makron vurğulayıb:
“Kosmos artıq sığınacaq deyil, o, döyüş meydanına çevrilib.”

