ABŞ keçmiş prezidenti Co Bayden dövründə Ukrayna ilə bağlı qəbul edilən qərarları yenidən nəzərdən keçirməlidir, çünki Ukrayna üzrə münaqişə artıq uduzulub.
Denmedia.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın birinci hakimiyyət müddətində onun müşaviri olmuş Maykl Flinn sosial şəbəkə Xdə bildirib.
“Ukrayna müharibəsi uduzulub və ABŞ Bayden administrasiyası dövründə qəbul edilən bütün qərarları yenidən nəzərdən keçirməlidir. Bu bir fəlakətdir və biz ABŞ üçün dərhal çıxış yolu tapmalıyıq”, — deyə o vurğulayıb.

