Ukrayna Prezidenti Vladimir Zelenski və Fransanın dövlət başçısı Emmanuel Makron Rafale qırıcılarının tədarükü ilə bağlı “tarixi saziş” imzalayıblar. Bu barədə RBC.UA öz Telegram kanalında məlumat yayıb.
Məlumatda deyilir:
“Zelenski və Makron ‘tarixi razılaşma’ imzaladılar (...). Dövlət başçısı bildirib ki, Ukrayna ilə Fransa arasında Ukraynanın hərbi aviasiyasının gücləndirilməsi barədə razılıq əldə olunub.”
Reuters isə dəqiqləşdirir ki, söhbət Fransanın yüzlərlə Rafale qırıcısını Ukraynaya verməsindən gedir.

