Amerika administrasiyasının rəhbəri Donald Tramp sentyabrdan bəri 1,1 milyard dollar itirib.
DenMedia.az xəbər verir ki, buna səbəb ona məxsus Trump Media and Technology Group (TMTG) şirkətinin səhmlərinin dəyərinin düşməsi olub. Bu barədə Forbes jurnalı məlumat verir. Onun məlumatına görə, 2025-ci ilin sentyabr ayında Trampın sərvəti 7,3 milyard dollar qiymətləndirilirdi, lakin hazırda 6,2 milyard dollar təşkil edir.
Sentyabr ayında amerika qəzeti The Wall Street Journal xəbər vermişdi ki, Tramp kriptovalyutadan sutka ərzində 5 milyard dollar qazanıb.

