Rumıniya hakimiyyəti istifadə müddəti bitmiş 17 milyon doza koronavirus peyvəndini məhv etmək qərarı verib. Bu barədə G4Media məlumat yayıb. Bu qərar pandemiyadan sonra vətəndaşların vaksinasiya ilə bağlı marağının kəskin azalması ilə əlaqədardır.
Nəşrin məlumatına görə, hazırda Rumıniyada COVID-19 əleyhinə peyvənd vurmaq mümkün deyil. Ölkənin Səhiyyə Nazirliyi bildirib ki, hazırda istehsalçılarla qeydiyyat şəhadətnaməsinin alınması və preparatların apteklər vasitəsilə satışının təşkili strategiyasını işləyib hazırlamaq üçün danışıqlar aparılır.

