Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas ilə görüş keçirib. Bu barədə Ermənistan XİN mətbuat xidməti məlumat yayıb.
Görüş Ermənistan–Aİ Tərəfdaşlıq Şurasının 6-cı iclası çərçivəsində baş tutub. Tərəflər Ermənistan və Avropa İttifaqı arasında əməkdaşlığın dərinləşdirilməsi yollarını, yeni birgə gündəliyin təsdiqini, ikitərəfli qarşılıqlı fəaliyyətin irəlilədilməsi ilə bağlı məsələləri, həmçinin regional mövzuları müzakirə ediblər.

