Böyük Britaniya hökuməti Ukraynaya dondurulmuş Rusiya aktivlərindən 8 milyard funt-sterlinq verməyə hazırdır, lakin bunun üçün mexanizm hələ hazırlanmayıb. Bu barədə The Times hökumət mənbələrinə istinadən xəbər yayıb.
Nəşr Britaniya Xarici İşlər naziri İvette Kuperin sözlərini belə sitat gətirir:
“Bizə bu Rusiya suveren aktivlərindən istifadə üçün koordinasiya olunmuş plan lazımdır — təkcə Ukraynanı qısamüddətli perspektivdə dəstəkləmək üçün deyil, həm də Rusiyaya güclü siqnal göndərmək üçün.”
Hökumət mənbəsi təsdiqləyib ki, vəsaitlərin necə açılacağı və Kiyevə necə ötürüləcəyi ilə bağlı hazırda konkret mexanizm yoxdur.

