Almaniyanın Federal Kansleri Fridrix Mers Londonda avropalı həmkarları və Vladimir Zelenski ilə görüşdə Berlinin 2026-cı ildə Ukraynaya dəstək xərclərinin böyük hissəsini öz üzərinə götürməyə məcbur ola biləcəyindən narahatlığını ifadə etmək niyyətindədir.
Bu barədə “Financial Times” (FT) yazır, xəbər verir DenMedia.az.
Qəzetin məlumatına görə, Mers bu məsələni açıq şəkildə qaldırmağı planlaşdırır. Berlin artıq Ukraynaya ən böyük hərbi yardım göstərən ölkədir və gələn il dəstəyin əsas yükünün Almaniyanın üzərinə düşməsi ehtimal edilir.
Materialda qeyd olunur ki, Fransa və Böyük Britaniya Ukraynaya yardım məsələsində “maliyyə baxımından məhdudiyyətlərlə” üzləşirlər.

