Avropa ölkələri Ukraynadakı münaqişənin sülh yolu ilə həllini süni şəkildə ləngidir.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasında hökumət saatında deyib, DenMedia.az xəbər verir.
Onun sözlərinə görə, Qərb Ukrayna məsələsində vahid mövqe nümayiş etdirmir və son hadisələr bunu bir daha sübut edir. Lavrov xatırladıb ki, ABŞ prezidenti Donald Tramp da Avropa ölkələrinin sülh razılaşmalarını əngəllədiyini açıq şəkildə qeyd edib.
Nazir bildirib ki, mövcud razılaşmalar ilkin səbəblərin aradan qaldırılması ilə mümkündür, lakin Avropa bunu süni şəkildə bloklayır.
“Avropa bu prosesi süni şəkildə saxlayır, Ukrayna rəhbərliyini son ukraynalıya qədər döyüşməyə sövq edir”, — deyə Lavrov vurğulayıb.
Həmçinin Lavrov bildirib ki, Avropa Komissiyasının rəhbərliyi və Böyük Britaniya “ümidsiz siyasi korluq” içində yaşayır və guya Rusiyanı məğlub edə biləcəklərinə inanırlar.

