İsrailin baş naziri Beniyamin Netanyahu bildirib ki, ümid edir, İran İsraillə gərginliyin artmasında maraqlı deyil.
“Biz eskalasiyaya can atmırıq. Ümid edirəm, onlar da istəmirlər”, — deyə Netanyahu Fox News telekanalına müsahibəsində qeyd edib.
O vurğulayıb ki, İran son dövrlərdə raketlərin sınaq buraxılışlarını həyata keçirir.
“Ümid edirəm ki, bu səhvə yol verməyəcəklər”, — deyə İsrailin baş naziri əlavə edib.
Aparıcının İranın iyun ayında baş vermiş bombardmanlardan sonra nüvə və raket potensialını nə dərəcədə bərpa etdiyi ilə bağlı sualına Netanyahu belə cavab verib:
“Onlar cəhd edirlər. (…) Eyni zamanda raket istehsalı imkanlarını da bərpa etməyə çalışırlar”.
Onun sözlərinə görə, İranda ballistik raketlərin istehsalına yenidən qayıdış müşahidə olunur.
“Nüvə proqramına gəlincə, deyərdim ki, onlar cəhd edirlər. Amma düşünmürəm ki, xətti keçmək barədə qərar veriblər. Zənnimcə, onlar prezident Trampın xəbərdarlıqlarını eşidiblər və bir ildən az əvvəl yaşadıqları təcrübəni də unutmurlar”, — deyə Netanyahu bildirib.

