Sahibkar, Elon Musk, Tesla və SpaceX-in qurucusu ABŞ vergi orqanına o qədər çox vergi ödədiyini bildirib ki, qurumun kompüter sistemi sıradan çıxıb. O, bu barədə X sosial şəbəkəsində paylaşım edib, Denmedia.az xəbər verir.
Muskın sözlərinə görə, ödədiyi məbləğin böyüklüyü ABŞ Vergi Xidmətinin sistemində texniki problem yaradıb və proqram təminatının yenilənməsinə ehtiyac yaranıb.
O yazıb:
“Bir dəfə o qədər çox vergi ödədim ki, vergi xidmətinin kompüteri sıradan çıxdı. Rəqəmlər həddindən artıq çox idi. Onlar bunu emal etmək üçün proqram təminatını yeniləməli oldular.”

