İranda etiraz aksiyaları zamanı toqquşmalar nəticəsində ölənlərin sayı artıb.
DenMedia.az “Fars” agentliyinə istinadən xəbər verir ki, İranın İlam əyalətində baş verən iğtişaşlar nəticəsində 3 nəfər həlak olub.
Bildirilir ki, şənbə günü günortadan sonra Malekşahi rayonunda silahlı şəxslərin hüquq-mühafizə mərkəzlərindən birinə girməyə cəhd göstərməsi zamanı iğtişaşlar baş verib və bu, qarşıdurmaların genişlənməsinə səbəb olub.

