BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib ki, təşkilatın baş katibi Antonio Quterreş planlaşdırılandan əvvəl ABŞ-a qayıdır.
Onun sözlərini TASS yayıb.
Dujarrik BMT baş katibinin təcili şəkildə Nyu-Yorka, BMT-nin qərargahının yerləşdiyi şəhərə qayıtdığını açıqlayıb. Məlumata görə, Quterreş bu qərarı ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi hərbi əməliyyat fonunda qəbul edib. ABŞ-a qayıdışla əlaqədar olaraq Quterreşin Lissabondakı proqramı qısaldılıb.

