Böyük Britaniyanın baş naziri Kir Starmer ABŞ prezidenti Donald Trampı Avropanın bir sıra ölkələrinə qarşı gömrük rüsumları tətbiq etmək qərarına görə tənqid edib. Bu barədə Britaniya hökumətinin rəsmi saytında məlumat verilib.
Məlumata görə, Starmer bir neçə siyasətçi ilə telefon danışığı aparıb. Onların arasında Danimarkanın baş naziri Mette Frederiksen, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və NATO-nun baş katibi Mark Rütte də olub.
Daha sonra Kir Starmer ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. Bildirilib ki, o, müttəfiqlərin NATO çərçivəsində kollektiv təhlükəsizliyi təmin etməyə çalışdığı bir vaxtda onlara qarşı rüsumların tətbiq edilməsini düzgün addım hesab etmədiyini deyib.

