Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Facebook səhifəsində onların mülki nikahının başa çatdığını açıqlayıb.
O, ictimaiyyəti mövzu ətrafında müzakirələr zamanı təmkinli və korrekt olmağa çağırıb.
Əziz həmvətənlər, bildirirəm ki, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla mülki nikahım başa çatıb.
Yerli Telegram kanallarının məlumatına görə, Paşinyan və Akopyan münasibətlərini rəsmi şəkildə VVAQ-da qeydiyyata alıblar. Cütlüyün dörd övladı var — üç qız və bir oğlan.

