Böyük Britaniyanın Kent Universitetində invaziv meningit xəstəliyinin yayılması nəticəsində iki tələbə həyatını itirib.
Bu barədə i Paper nəşri Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinə (UKHSA) istinadən məlumat yayıb.
Məlumata görə, daha 11 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Xəstələrin əksəriyyətinin 21 yaşdan kiçik olduğu bildirilir.
Hadisə ilə əlaqədar UKHSA 30 mindən çox tələbə və onların ailə üzvlərinə fövqəladə xəbərdarlıq edib.
Bildirilib ki, səhiyyə xidmətləri bəzi tələbələr üçün profilaktik antibiotik qəbulu təşkil edib.

